Mağazalarda diqqətli olun: Vaxtı keçmiş mallar satışda - XƏBƏRDARLIQ

12.01.2017 | 11:21

Mağazalarda diqqətli olun: Vaxtı keçmiş mallar satışda -

Xidmət obyektlərində və eləcə də mağazalarda vergi yoxlmaları istisna olunmaqla digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi Azərbaycan prezidenti tərəfindən iş adamlarının fəaliyyətinə böyük dəstək olsa da təəəsüf ki, sahibkarla bundan sui-istifadə etməyə çalışırlar.

Bu haqda “İstehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov bildirib.

O deyib ki, monitorinqlər son dövrlər mağazalarda vaxtı keçmiş malların sayının artdığ müşahidə edilir: “Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də istehlakçılar mal alan zaman diqqətli olmalıdırlar. Ərzaq məhsulları alan zaman həmin məhsulunun istifadə vaxtına diqqət yetirmək lazımdır”.

Azər Sərdarovun fikrincə, istehlakçı nəzarəti vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər.(Cebhe.info )

Qaynarinfo.Az


HƏMÇİNİN OXU
Loading...
Xəbər Lenti
Bütün Xəbərlər »