Peterburq teraktı Türkiyədən maliyyələşdirilib - Rusiya məhkəməsi

20.04.2017 | 21:05

Peterburq teraktı Türkiyədən maliyyələşdirilib -
Rusiyanın Sankt-Peterburq şəhərində metropolitendə törədilən terror aktının təşkilatçısı qismində həbs olunan Qırğızıstan əsilli Əbror Əzimovun canlı bomba Əkbərcan Cəlilova külli miqdarda pul ödədiyi məlum olub.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Basman rayon məhkəməsinin hakimi Yelena Lenskaya bildirib.

Qeyd olunur ki, teraktın maliyyələşdirilməsi Türkiyədə mövcud olan beynəlxalq terror qruplaşması tərəfindən həyata keçirilib.
“Araşdırmalar nəticəsində məlum olub ki, Əbror Əzimov partlayışı törətmək üçün Türkiyədə şəxsən maliyyə vəsaiti alıb. O, cinayətkar qrupun üzvləri və onların sərhədi maneəsiz keçməsi üçün saxta sənədləri də hazırlayıb, - deyə hakim söyləyib.

Müstəntiqlər Ə. Əzimovu məhz hansı terror təşkilatının maliyyələşdirildiyini deməyiblər.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq şəhərində “Texnoloji İnstitut” metropolitenində baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb. 20 yaşlı azərbaycanlı Dilbər Əliyeva faciə qurbanı olub, 28 yaşlı Zaur Vəliyev isə ağır yaralanıb.

Teraktı törədən canlı bomba Əkbərcan Cəlilov da partlayış zamanı ölüb.

Aprelin 6-da isə terror aktına görə 8 nəfər saxlanılıb.
Qaynar.Az



Xəbər Lenti
Bütün Xəbərlər »