Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

12.01.2017 | 10:17

Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı
ABŞ-ın yeni prezidenti Donald Trampın qızı və kürəkəni də onunla birlikdə Vaşinqtona köçməyə qərar verib.

İvanka Tramp şəxsi facebook səhifəsində yaxın planları barədə ətraflı məlumat verib. İvankanın sözlərinə görə, bir sıra məsələlərdə atasına kömək edəcək:

“Atam prezident vəzifəsinə başladıqdan sonra “The Trump Organization” şirkətindən rəsmən ayrılacaq, eləcə də şəxsi geyim və aksessuarlar brendi ilə daha məşğul olmayacam. Ərim Cared və uşaqlarımla birlikdə Vaşinqtona yerləşəcəm. Cared prezidentin ilk müşaviri olacaq. Başlanğıc üçün təzə yerdə üç uşağın rahatlığını düşünməliyəm”.

Джаред Кушнер и Иванка Трамп

O, əlavə edib ki, onun qardaşları “The Trump Organization” idarəsinin vəzifəsini öz üzərinə götürəcək, təyin etdiyi şəxs isə brendinə nəzarət edəcək. İvanka açıq məktubunda atasının prezidentliyi zamanı məşğul olmaq istədiyi prioritet istiqamətlər haqqında da məlumat verib:

“Mən təhsil, həmçinin sahibkar qadınların iş yerində potensial imkanlarının genişləndirilməsi ilə yaxından maraqlanıram. Ölkənin ən effektiv inkişaf yolunu tapmaq üçün onlara qulaq asmaq və fikirlərini eşitmək istəyirəm. İşə başlamağı və sizinlə görüşməyi səbirsizliklə gözləyirəm”. (Publika.az)

Qaynarinfo.Az

HƏMÇİNİN OXU
Loading...
Xəbər Lenti
Bütün Xəbərlər »