"Qarabağ"ın yeni transferləri 4 və 7-ləri qoşalaşdırdılar

09.01.2017 | 16:56

"Qarabağ"ın yeni transferləri 4 və 7-ləri qoşalaşdırdılar

“Qarabağ”ın yeni transferləri ilk seçimlərini ediblər. 

Qaynarinfo.Az xəbər verir ki, yarımmüdafiəçi Elşən Abdullayev və hücumçu Ağabala Ramazanovun yeni komandada hansı forma altında çıxış edəcəkləri müəyyənləşib.

“Xəzər Lənkəran”, “Sumqayıt” və “İnter”də 55 nömrəli forma altında oynamış Ağabala “Qarabağ”da “44”ü seçib. Buna səbəb ağdamlılarda “55”in müdafiəçi Bədəvi Hüseynovda olmasıdır.

“Neftçi”də 8 nömrəli formanı daşıyan Elşən Abdullayev isə yeni klubunda 77 nömrə altında mübarizə aparacaq. “Köhlən atlar”da “8” ispaniyalı yarımmüdafiəçi Miçelə məxsusdur.

Qaynarinfo.Az


Xəbər Lenti
Bütün Xəbərlər »