Türkyə Qarabağın işğalına niyə göz yumub? - İlginc səbəb açıqlandı

17.04.2017 | 19:47

Türkyə Qarabağın işğalına niyə göz yumub? -
Türkiyədə dünən keçirilən referendum prezident üsul-idarəsinə keçid dəstəkləndi.

"Qayane" publika.az-a istinadən xəbər verir ki, konstitusiya islahatlarının əleyhinə çıxanlar ölkənin diktatorluğa aparıldığını iddia etsələr də, “bəli” cəbhəsi keçmiş sistemdə prezidentlə baş nazir arasında fikir ayrılıqlarının yaşandığını və bunun ölkənin maraqlarına ciddi zərbə vurduğunu əsas gətirirlər.

Ahaber.com saytının yaydığı məlumat isə I Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstək verməməsinin əsas səbəbinin məhz köhnə sistemin olduğu ortaya çıxıb.

Sayt yazır ki, 1990-cı illərdə I Qarabağ müharibəsində Türkiyənin səkkizinci prezidenti Turqut Özal və baş nazir Süleyman Dəmirəl arasında kəskin fikir ayrılığı yaranıb.

“Özalın bütün cəhdlərinə baxmayaraq, Dəmirəl Qarabağda müharibədə Azərbaycana yardımın edilməsinə mane oldu. Nəticədə Ermənistan Dağlıq Qarabağı işğal etdi”, – deyə portal qeyd edib.

Türkiyədə baş nazirlə prezidentin fikir ayrılığının Kərkük məsələsinə də ciddi zərbə vurduğu məlum olub.

Sayt yazır ki, 1991-ci ildə Körfəz müharibəsi zamanı Özal Kərkük və Mosulun nəzarətə götürülməsi fikrində idi: “Bunun üçün bütün imkanlar olsa da, hökumət bu ideyanı dəstəkləmədi və yüz minlərlə insan İraqdan Türkiyəyə qaçdı”.

Qaynar.Az

Xəbər Lenti
Bütün Xəbərlər »