İdman 19:21 07.12.2023

111 illik klub tarixində ilk dəfə aşağı liqaya düşdü

xindəBraziliyanın köklü komandalarından olan "Santos” A Seriyasının son turunda məğlub olaraq tarixində ilk dəfə aşağı liqaya düşüb.

Qaynarinfo-nun məlumatına görə, Braziliya A Seriyasının son turunda "Santos" doğma meydanda "Fortaleza"nı qəbul edib. Bu görüşdə rəqibinə 2:1 hesabı ilə uduzan əfsanəvi Pelenin sabiq komandası 111 illik tarixində ilk dəfə aşağı liqaya düşüb.

"Santos" tarixi boyu A Seriyasından aşağı liqaya düşməyən üç klubdan biri idi. Digər iki komanda "Sao Paulo" və "Flamenqo"dur. 

Səbuhi Həsənov