Ölkə 12:41 15.11.2022

15 yaşlı qızı ərə verdilər, işə polis qarışdı

Şəmkirdə 15 yaşlı qızı 26 yaşlı oğlana nişanlayıblar. 

Bu barədə Qaynarinfo-ya  açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.  

Sədr bildirib ki, nişan mərasimi 3 gün əvvəl olub: "Bütün məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Qızın 15 yaşı 2023-cü ilin yanvarında tamam olacaq. Öz əmisi oğluna nişanlayıblar. Araşdırma başlayıb”. 

DİN-in mətbuat xidmətinin Gəncə regional bürosundan verilən xəbərə görə, yayılan məlumat araşdırılır, nəticəsi barədə məlumat veriləcək.

Bahar