İdman 14:50 05.02.2024

1958-ci ildə DÇ-nin finalında oynamış həyatdakı son futbolçu da dünyasını dəyişdi

1958-ci il Dünya Çempionatının finalında oynamış həyatdakı son futbolçu, isveçli əfsanəvi Kurt Hamrin 89 yaşında vəfat edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə İsveç Futbol Federasiyasından açıqlama verilib.

1958-ci ildə İsveç ev sahibliyi etdiyi turnirin finalında Pele, Qarrinça, Vava və Mario Zaqallo kimi əfsanələrin çıxış etdiyi Braziliya millisinə 2:5 hesabı ilə uduzmuşdu.

Sağ cinah müdafiəçisi ölkəsində AIK və "IFK Stokholm”, İtaliyada isə "Yuventus”, "Padova”, "Fiorentina”, "Milan” və "Napoli”də çıxış edib. "Milan”ın heyətində Avropa Çempion Klublar Kubokunu, Avropa Kubok Qalibləri Kubokunu və İtaliya 1-ci Futbol Liqası (A Seriya) çempionluğunu qazanan isveçli futbolçu "Fiorentina”da iki dəfə İtaliya kuboku və bir dəfə Avropa Kubok Qalibləri Kubokunun qalibi olub.

Bundan əlavə, Hamrin A Seriyası tarixində ən çox qol vuranlar arasında 190 qolla doqquzuncu yerdədir. İsveç millisində meydana çıxdığı 32 matçda 17 qol vuran Hamrin 1958-ci ilin dünya çempionatında rəqib qapısına dörd qol vuraraq komandasının finala yüksəlməsində böyük rol oynayıb.

Səbuhi Həsənov