Foto 21:21 27.04.2023

20-yə yaxın Tovuz sakini "Açıq mikrofon"un imkanlarından yararlandı   (FOTOLAR)

"Səyyar qəbul otağı" bu dəfə Tovuz sakinlərinin ixtiyarına verilib.

Qaynarinfo xəbər verir ki, aksiyada ümumilikdə 20-yə yaxın müraciət ünvanlanıb.

Görüş zamanı qaz xəttininin yerinin dəyişdirilməsi, debitor borcun yenidən araşdırılması, küçə qaz xəttinin çəkilişi və s. kimi müraciətlər səsləndirilib. Şəmkir RQİİ-nin məsul şəxsləri ünvanlanan problem və təkliflərin qeydə alınaraq aidiyyəti üzrə yönləndiriləcəyini aksiya iştirakçılarının diqqətinə çatdırıblar.