Dünya 13:55 19.06.2023

2020-də ölkədən qaçan yüzlərlə belarus Lukaşenkonu devirmək üçün döyüş təlimi keçir

2020-ci ildə kütləvi etirazlardan sonra ölkədən qaçan yüzlərlə Belarus vətəndaşı Aleksandr Lukaşenkonu devirmək üçün Polşada döyüş təlimi keçir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" yazır.

Təlim BYPOL-un Belarus təhlükəsizlik qüvvələrinin keçmiş zabitləri tərəfindən keçirilir və onlar da öz ölkəsini tərk etməyə məcbur olurlar. Təşkilatın rəhbəri Aleksandr Azarovun sözlərinə görə, belaruslardan ibarət bəzi qruplar bir neçə aydır ki, təlim keçir. 

"Mən bunu militar diaspor adlandırıram. Gücümüz hər gün artır”, - təlimatçılardan biri deyir. 

Bundan əvvəl BYPOL ilə əlaqəli partizanlar artıq Belarus ərazisində bir neçə uğurlu əməliyyat keçiriblər. Xüsusilə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Rusiya qoşunlarının hərəkət etdiyi dəmir yollarında təxribat törədiblər.

Bu ilin fevralında təşkilat Minsk yaxınlığındakı hava limanında iki pilotsuz uçuş aparatının köməyi ilə Rusiyanın A-50 kəşfiyyat təyyarəsinin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Belarusda BYPOL "ekstremist təşkilat” kimi tanınıb.

"Biz sülh yolu ilə getməyə çalışdıq. [Amma] dövlət heç vaxt öz azadlığını qansız qazana bilməyib” deyə "Baba” ləqəbli 60 yaşlı elektrik BYPOL təlim düşərgəsinə qoşulmaq qərarını izah edir.

"Qızım burada olduğumu bilmir. Mən ona peyntbol oynamağa getdiyimi demişəm. Amma əslində mən buraya Belarus uğrunda döyüşə hazırlaşmaq üçün gəlmişəm”, – "Vəhşi” ləqəbli 42 yaşlı könüllü deyir.

Təlim iştirakçıları öz aralarında "X günü” adlanan, rejimlə mübarizə aparmaq üçün Belarusa qayıdacaqları günə hazırlaşırlar. Başqa bir belaruslu deyir ki, o an "Rusiya Federasiyasının Belarusu tərk edəndə” gələ bilər.

Belarusda kütləvi etirazlar 9 avqust 2020-ci ildə başlayıb. Onların səbəbi hazırkı prezident Lukaşenkonun prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması olub. Müxalifətin vahid namizədi Tixanovskayanın qərargahı seçkilərin nəticələrini tanımayıb və Lukaşenkodan hakimiyyətin dinc yolla ötürülməsini tələb edib.

Etiraz aksiyaları zamanı yüzlərlə insan saxlanılıb, onların bir çoxu kütləvi iğtişaşların təşkilində, sosial ədavətin qızışdırılmasında, Mərkəzi Seçki Komissiyasının işinə mane olmaqda və ictimai asayişi pozan aksiyaların təşkilində ittiham olunub.

Tixanovskaya və minlərlə belarus repressiya təhlükəsi altında öz ölkələrini tərk etməli olub. Lukaşenko Qərbi etirazları qızışdırmaqda ittiham edib. Aİ və ABŞ seçkilərin nəticələrini tanımayıb.

İyunun əvvəlində Lukaşenko bildirib ki, onu devirmək üçün Qərb dövlətləri Polşa, Litva və Ukraynada "qeyri-qanuni silahlı birləşmələrin üzvlərinə” təlim keçirlər. O, həmçinin qeyd edib ki, Belarusun özündə "yatmış ekstremist ocaqlar” yaratmaq cəhdləri var. 

Nizami Bağırov