Dünya 19:33 10.12.2023

2024-cü ildə Ukrayna müharibəsi necə inkişaf edəcək? - 3 SSENARİ

Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç bildirib ki, 2024-cü ildə Ukraynada münaqişə üç ssenaridən biri üzrə baş verə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Rzeczpospolita" məlumat yayıb.

Onun fikrincə, birinci variant Rusiya, ABŞ və Çinin hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlməsini nəzərdə tutur. Üstəlik, Ukrayna üçün bu, "müharibə yox, sülh də deyil" demək olacaq. Arestoviç hesab edir ki, bu halda atəşkəs bəzən pozulacaq və vətənə qayıdan bir çox hərbi qulluqçu ölkənin iqtisadi problemləri və işsizliklə üzləşəcək.

"Lokal münaqişələr yaranacaq və bu dəfə silahlı üçüncü "Maydan" baş verə bilər”, deyə Aretoviç bildirib.

Onun fikrincə, ikinci variantda döyüşlər Qərbin dəstəyi ilə davam edəcək, lakin Ukrayna ordusu cəbhənin bir neçə sektorunda uduzacaq. Aretoviçin fikrincə, bu, ukraynalıları günahkarları axtarmağa və "bir-birinin boğazına yapışmağa" məcbur edəcək.

Başqa bir ssenaridə isə Qərbin "ağlı başına gələcək" və Ukraynaya "külli miqdarda silah və digər yardımlar" ötürəcək.

"Sonra hücuma keçəcəyik. Amma açığını desəm, 2024-cü ildə Ukrayna üçün müsbət ssenari görmürəm", deyən Arestoviç son ssenarini "fantaziya səltənətindən inanılmaz” kimi xarakterizə edib.

Aydın