Ölkə 13:12 23.01.2023

32 yaşlı idman müəlliminin cəsədi tapıldı (FOTO)

Salyanda idman müəllimi evdə ölü tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, hadisə rayonun Kürkənd kəndindəki evlərdən birində baş verib. 32 yaşlı kikboksinq üzrə idman müəllimi Alışov Fərid Xalid oğlunun meyiti evdə tapılıb.

Fərid Alışovun ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.