Texnologiya 17:34 04.11.2022

3700 nəfər İlon Maskı məhkəməyə verdi

"Twitter" əməkdaşları İlon Maskın təxminən 3700 nəfəri işdən çıxarmaq niyyəti ilə bağlı San-Fransisko federal məhkəməsində kollektiv iddia qaldırıblar.

Qaynarinfo bu barədə "Bloomberg”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, şirkət işçilərə xəbərdarlıq edib ki, xərcləri optimallaşdırmaq üçün cümə günü irimiqyaslı ixtisarlarla bağlı məktub dərc edəcək. Mask heyətin yarısını ixtisar etməyi planlaşdırır.

Qeyd olunur ki, "İşçilərin İxtisasartırılması və Yenidən Hazırlanması haqqında Bildiriş Aktı” ("Worker Adjustment and Retraining Notification Act") öz növbəsində iri şirkətlərə ən azı 60 gün qabaqcadan xəbərdarlıq etmədən insanları kütləvi şəkildə ixtisar etməyi qadağan edir.

İddiada işçilər həmçinin məhkəmədən "Twitter"dən WARN qanununa əməl etməsini tələb və şirkətin işçilərindən iddiada iştirak etmək hüququndan imtina sənədləri imzalamasını tələb etməyə qadağa qoyan bir əmr verməsini istəyiblər.

"Biz bu iddianı işçilərin hüquqlarından imtina etməli olmadıqlarını və onlar üçün mübarizə aparmaq qabiliyyətinə malik olduqlarını bildiklərinə əmin olmaq üçün vermişik", deyə vəkil Şennon Liss-Riordan bildirib.

Vəkil "Tesla"ya qarşı da iddia qaldırıb. Hələ iyun ayında Mask işçilərin təxminən 10%-ni ixtisar edəndə müəssisə oxşar iddialarla üzləşmişdi.

Xatırladaq ki, amerikalı ixtiraçı İlon Mask "Twitter"i aldıqdan sonra direktorlar şurasını istefaya göndərib. Beləliklə, o, şirkət üzərində nəzarətini gücləndirib.

Nizami Bağırov