İdman 16:33 03.06.2023

41 yaşlı İbra karyerasını bitirmək istəmir

Özünü Supermen kimi hiss etdiyini deyən Zlatan İbrahimoviç karyerasını bitirmək niyyətində deyil. 

Qaynarinfo xəbər verir ki, bu mövsüm "Milan"ın heyətində cəmi 4 oyunda meydana çıxanisveçli forvard yoluna davam etmək istəyir. O bu barədə "La Gazetta dello Sport"a danışıb.

Hücumçu karyerasını nə vaxt bitirmək istəməsi ilə bağlı suala "Mən təslim olan biri deyiləm. Gördüyüm işdən həzz alıram. Düşünürəm ki, hələ verəcəyim çox şey var. Futbolu buraxmağı planlaşdırmıram. Düşünürəm ki, oynamağa davam edəcəyəm. Amma həyatda bir tarazlıq tapmalısan. Sabitlik yoxdursa, bombaya çevrilirsən və partlayırsan" - deyə cavab verib.

Səbuhi Həsənov