100 yaşdan yuxarı Yaponiya sakinlərinin sayı hazırda 92 139 nəfər təşkil edir. Hu 53 il ərzində mütləq rekorddur.
Qaynarinfo xəbər verir ki, bunu Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqladığı statistik məlumatlar sübut edir.
İl ərzində 100 illik yubileyini qeyd edən yaponların sayı 1428 nəfər artıb. Ümumi sayın 88,5 faizini qadınlar təşkil edir ki, onların sayı 81,5 mindən çoxdur. 10,5 mindən bir qədər isə 100 yaşından yuxarı kişi var.
Yaponiyanın ən yaşlı sakini Osaka prefekturasından olan 116 yaşlı Fusa Tatsumi, ən yaşlı kişi isə Çiba prefekturasından olan 111 yaşlı Qisaburo Sonobedir.
Sentyabrın 19-da Yaponiyada Qocalar Günü qeyd olunur.
Aydın
Şərhlər