Amerikalı aktyor Dolf Lundqren fitnes təlimatçısı olan sevgilisi Emma Krokdal ivlənib evlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə "People” məlumat
yayıb.
İyulun 13-də 65 yaşlı Dolf Lundqren və 27 yaşlı Emma Krodal aktyorun Yunanıstanın Mikonos adasındakı evində məhdud qonağın iştirak etdiyi toy mərasimində nikah bağlayıblar.
"Mikonosdakı villamızda ailəmiz və bir neçə yaxın dostumuzun şahidliyi ilə evlənərək sevgimizi qeyd etməyə qərar verdik. Biz hiss etdik ki, nəhayət, tanrılar ölkəsində sevgi, həyat və xoşbəxtliyi qeyd etmək üçün uyğun vaxt gəlib", deyə yeni evlənənlər nəşrin müxbirlərinə bildiriblər.
Cütlük Emma Krokdalın təlimatçı işlədiyi idman zalında tanış olub. Onun dediyinə görə, həmin vaxt Dolf Lundqrenin məşhur aktyor olduğunu bilməyib. 2020-ci ilin iyun ayında sənətçi sevgilisinə evlilik təklifi edib.
"Onun məni niyə bəyəndiyini bilmirdim, amma yəqin ki, nəsə görüb. Onun aktyorluq karyeramdan xəbəri yox idi, mənim haqqımda heç nə bilmirdi”, deyə Lundqren müsahibəsində bildirib.
Emma Krokdal ilə görüşməzdən əvvəl Dolf Lundqren zərgərlik dizayneri Anette Qviberqlə evli idi, ondan İda və Qreta adlı iki qızı var.
Aydın
Şərhlər