Ölkə 18:14 14.04.2023

7 uşaq anası avtobusda dava saldı, həmcinsini döyüdü

Balakəndə 7 uşaq anası avtobusda övladına yer verməyən xanım sərnişini saçından yolaraq döyüb. 

Qaynarinfo-nun məlumatına görə, 7 uşaq anası olan Firuzə övladları ilə birgə şəhər ərazisindən Hənifə kəndinə gedən marşrut avtobusuna minib. Həmin vaxt Hənifə kənd sakini Minurə onun azyaşlı övladına oturmağına imkan verməyib. 

Buna görə Firuzə Minurəyə öz iradını bildirib və aralarında mübahisə yaranıb. Bu zaman Firuzə avtobusda onun üzərinə hücum edərək saçından tutaraq yerə yıxıb, baş və sifət nahiyyələrindən xəsarətlər yetirib. 

Məhkəmənin qərarı ilə Firuzə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 300 ) manat məbləğində cərimə edilib.

Əhməd