Ölkə 18:34 10.05.2022

9 il azadlıqdan məhrum edilən İranə Talışxanova kimdir? - Əvvəl populyar iş adamı, sonra...

"Run Group” şirkətinin prezidenti İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Qaynarinfo xatırladır ki, Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) İranə Talışxanovanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılırdı. 

"Run Group” MMC 29 iyun 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, ev 2, korpus 9, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliquliyev Emil Kamil oğludur.
Emil Quliyev barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. 

"Run Group” MMC-nin qeydiyyatda olduğu ünvanda daha bir şirkət yerləşir: "Run Group and Dana Holding CO. BM” MMC.

Bu şirkət 31 yanvar 2018-ci ildə qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 100 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə İranə Talışxanovadır. 

Rəsmi mediada gedən məlumatlara görə, "Run Group” MMC Azərbaycanda qeyri-neft sektoruna xarici ölkələrdən investisiya cəlb olunması ilə məşğul olub. 

Məsələn, 2018-ci ildə yayılan məlumatda qeyd edilir ki, "Run Group” MMC Göyçayda nişasta zavodunun inşası ilə bağlı Çin Milli İdxal-İxrac Korporasiyası (CNTIC) və Böyük Britaniyanın "Athene Capital" Fondu ilə əməkdaşlığa başlayıb. Layihənin maliyyə dəyəri 120 milyon dollar təşkil edib. Həmin xəbərdə bildirilir ki, zavodun 2020-ci ilin sonunadək tikilib başa çatdırılması gözlənilir. Lakin zavod "Run Group"un ilk istehsal layihəsi olduğundan şirkət onu planlaşdırıldığından daha erkən istifadəyə vermək əzmindədir. 



Daha bir məlumatda isə "Run Group” MMC-nin Azərbaycan səhiyyəsinə töhvəsindən bəhs edilir. 2019-cu ilin mayında tirajlanan xəbərdə bildirilir ki, dünyanın nüfuzlu tibbi təsisatlarından olan ICI Meeting Bakıda "Kardilogiyada innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfans keçirib. Tədbirin təşkilati işlərinin isə "Run Group” MMC-ə və şirkətə daxil olan "Run Health” həyata keçirib. 



Beləliklə, "Run Group” MMC və onun prezidenti İranə Talışxanova 2018-ci ildə Azərbaycanın ən populyar iş adamı kimi təbliğ edilib. Lakin az sonra həbs olunub. Bundan sonra mediada onun dələduzluq əməlləri barədə məlumatlar tirajlanıb. 

Məlum olub ki, İranə Talışxanova invesitisiya cəlb olunması adı ilə iş adamlarına qarşı dələduzluq edib. Yeri gəlmişkən, onun cinayət işi üzrə 11 nəfər zərərçəkən qismində tanınıb. 



İranə Talışxanova bu işlər tək həyata keçirməyib. Bu işdə Rəşad Cəfərov adlı şəxs də fiqurantdır. O, İranə Talışxanovadan əvvəl həbs edilib. 
İranə Talışxanova və Rəşad Cəfərov iş adamlarına əsasən Göygöl rayonunda iri infrastruktur layihələrə cəlb olunması ilə bağlı vədlər verib. 
Aldadılan iş adamlarının sözlərinə görə, İranə Talışxanova bahalı biznes mərkəzlərində oturub, özünü iş adamı kimi təqdim etsə də onun həqiqətən də icra başçıları, vəzifəli şəxslərlə əlaqələri olub. 

Seyid