Amerika Birləşmiş Ştatlarının aviaşirkətləri Ağ Ev və Konqresdən xarici şirkətlərin Rusiya hava məkanı vasitəsilə ABŞ-a uçmasını qadağan etməyi xahiş edir.
Bu barədə Qaynarinfo "New York Times”a istinadən xəbər
verir.
Amerikalıların Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Rusiya aviadaşıyıcılarına qadağa qoymasından sonra rusiyalılar öz hava məkanlarını ABŞ aviaşirkətləri üçün bağlayıblar.
Asiya şirkətlərinin təyyarələri isə Rusiya hava məkanından ABŞ-a uça bilər. Buna görə də ABŞ şirkətləri hakimiyyət orqanlarını Amerika və xarici aviadaşıyıcılar arasında ədalətli rəqabət üçün bərabər şərait yaratmağa və Asiya aviaşirkətlərinin Rusiya vasitəsilə ABŞ-a uçuşlarını qadağan etməyə çağırır.
Nizami Bağırov
Şərhlər