Dünya 19:56 29.09.2022

ABŞ Cənubi Koreyadan Ukrayna üçün milyardlarla dollar dəyərində silah alacaq

Birləşmiş Ştatlar Cənubi Koreyadan Ukrayna üçün ümumi dəyəri təxminən 3 milyard dollar olan silahlar almağı planlaşdırır. Onlar bunu Çexiyanın vasitəçiliyi ilə təmin etmək istəyirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna iDnes-ə istinadən məlumat yayıb.

"Ukraynanın şərqində döyüşlər davam edir və hücuma məruz qalan ölkənin əks-hücum üçün yeni silah ehtiyatlarına ehtiyacı var. Çexiya hazırda tamamlanmaqda olan ən böyük tədarüklərdən birində əsas rol oynayır.

iDnes-in məlumatına görə, ABŞ 75 milyard çex kronu (təxminən 3 milyard dollar) dəyərində olan Cənubi Koreya istehsalı olan raket sistemləri və sursat almaq niyyətindədir.

Eyni zamanda qeyd edilir ki, ilk növbədə, söhbət helikopter və PUA kimi alçaqdan uçan hədəflərə qarşı effektiv olan "Chiron” raket komplekslərdən gedir.

Çexiyanın Müdafiə Nazirliyi indiyədək ABŞ-ın Ukraynaya yeni silah tədarükü planları ilə bağlı şayiələri şərh etməkdən imtina edib.

Nizami Bağırov