Dünya 18:28 02.10.2023

ABŞ-da məşhur rusiyalı boksçunun avtomobili oğurlandı

ABŞ-da yaşayan rusiyalı boksçu Sergey Kovalyov sosial şəbəkələrdə avtomobilinin oğurlandığını bildirib.

Qaynarinfo bu barədə Qazeta.ru-ya istinadla xəbər verir.

"Bu gün sabahımız xeyirlə açılmadı. Bütün maşınlar yerindədir, birindən başqa. Dünən axşam saatlarında avtomobilimi oğurlayıblar. Amma eybi yoxdur, axtararıq.
Mən bir şeyi başa düşdüm: "vəhşi qaban” (Mercedes-Benz W140) məndən başqa heç kimə lazım olmayan avtomobildir. Mən hələ onu çox sürəcəm. Kədərlənim, ya yox, bilmirəm. "Gelendvagen”i yeniləyəcəm”, - Kovalyov bildirib.

Kovalyovun "Mercedes G-Class” markalı avtomobili oğurlanıb.

40 yaşlı rusiyalı son döyüşünü 2022-ci ilin mayında Bolqarıstan təmsilçisi Tervel Pulevə qarşı keçirib. Döyüş 10 raund davam edib. Kovalyov yekdil qərarla qalib gəlib.

Kovalyov 2009-cu ilin iyulunda peşəkar rinqdə debüt edib. Ümumilikdə onun 35 qələbəsi (29-u nokautla), dörd məğlubiyyəti və bir heç-heçəsi var. Rusiyalı hərbçilər arasında boks üzrə ikiqat dünya çempionudur (81 kq-a qədər).

Alpər