Birləşmiş Ştatlar Çin, Honq-Konq və İranda ondan çox fiziki və hüquqi şəxsə İrana ballistik raketlərinin hissələri və texnologiyasının alınmasına yardım etdiklərinə görə sanksiya tətbiq edib.
Bu barədə Qaynarinfo Reuters-ə istinadən xəbər
verir.
"Birləşmiş Ştatlar İranın ballistik raket istehsalına və digər hərbi proqramlarına gizli dəstək verən qeyri-qanuni transmilli satınalma şəbəkələrini hədəf almağa davam edəcək", - ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson deyib.
Maliyyə Nazirliyinin bəyanatında İranın Pekindəki müdafiə məsələləri üzrə attaşesi Davud Damqani iranlı istifadəçilər, o cümlədən İran silahlı qüvvələrinin Müdafiə və Arxa cəbhə nazirliklərinin törəmə şirkətləri üçün Çindən hərbi alışların koordinasiyasında ittiham olunur.
Parchin Chemical Industries, PB Sadr, həmçinin elektronika istehsalçıları MODAFL və PCI də sanksiyalar altındadır.
Çinin Zhejiang Qingji Ind Co şirkəti sentrifuqa və digər avadanlıqların İrana satışına görə sanksiya siyahısına daxil edilib.
Həmçinin sanksiyalara məruz qalanlar arasında Honq Konqdan Ke.Do B International Trade və Çinin Qingdao Zhongrongtong Trade Development şirkətləri də var, onlar ABŞ Maliyyə Nazirliyi tərəfindən İrana ikili təyinatlı əlvan metallar satmaqda ittiham olunur.
Nizami Bağırov
Şərhlər