Dünya 18:36 18.08.2022

ABŞ-dan Tayvana növbəti dəstək

ABŞ və Tayvan yeni ticarət və investisiya sazişinin imzalanması üçün danışıqlar aparacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, danışıqların məqsədi ticarət və investisiya maneələrini azaltmaq, iki tərəf arasında xüsusilə, elektron sənaye, kənd təsərrüfatı və ekologiya sahəsində əməkdaşlıq etməkdir.

Bu danışıqların elanı Çinin öz ərazisi hesab etdiyi Tayvana ABŞ-ın dəstəyinin əlaməti kimi qiymətləndirilir. 

Xatırladaq ki, bu ayın əvvəlində ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin, daha sonra Amerika Konqresinin nümayəndə heyətinin Tayvana səfəri Çin hökumətinin qəzəbli reaksiyasına səbəb olub. Rəsmi Pekin bu səfərlərə bölgədə genişmiqyaslı təlim keçirərək reaksiya verib.

M.Arif