"Neytral hava məkanında Rusiya təyyarəsinə qəsdən hücum nüvə dövlətinə açıq müharibə elanı olardı”.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov
deyib.
"Bəzi qanunvericilərin çağırışları sağlam düşüncədən kənara çıxır", - Rusiyanın ABŞ-dakı səfirliyi tərəfindən yayılan şərhdə deyilir.
Antonov bir sıra amerikalı qanunvericilərin, xüsusən də senator Lindsi Qrehemin (R-Cənubi Karolina) ABŞ hərbi texnikasına yaxınlaşdıqları təqdirdə beynəlxalq hava məkanında Rusiya təyyarələrini vurmaqla bağlı hədələrini şərh edib.
"Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Qara dəniz üzərində baş vermiş insident zamanı rusiyalı pilotların hərəkətlərinin səbəblərini və prosedurunu ətraflı izah etdi. Vəziyyətə obyektiv baxmağa özündə güc tapmayanlar üçün təkrar edirəm: qırıcılarımız Amerika PUA ilə təmasda olmayıblar, Rusiya bu cür hadisələr barədə xəbərdarlıq etmək üçün mümkün olan hər şeyi etdi - Xüsusi hərbi əməliyyatın aparılması məqsədi ilə müəyyən edilmiş hava məkanından istifadə üçün müvəqqəti rejim ərazisinin sərhədləri barədə əvvəlcədən məlumatı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb”, - Antonov martın 14-də Amerikanın MQ-9 pilotsuz təyyarəsi ilə baş vermiş insidentdən danışaraq əlavə edib.
"Əlbəttə, Pentaqonun bahalı avadanlıqlarını itirməsi ayıbdır, lakin bu halda Amerika hərbçiləri tərəfindən qeyri-peşəkarlıq ittihamları öz ünvanlarına yönəldilməlidir", - diplomat qeyd edib.
"Yuxarıda adıçəkilən senatora gəlincə, bu, heç də odioz qanunvericinin Rusiya-Amerika münasibətlərində təhlükəli eskalasiyası təhrik etmək üçün ilk cəhdi deyil. O, bir il əvvəl ölkə vətəndaşlarını Rusiya prezidentinə sui-qəsd etməyə çağırmışdı. Doğrudanmı senator ciddi şəkildə inanır ki, Rusiya ilə birbaşa hərbi toqquşma ona həyatlarının və rifahının qayğısını həvalə etmiş seçicilərin maraqlarına uyğundur?" - səfir əlavə edib.
Antonovun sözlərinə görə, "bunu rus pilotlarından yox, apokaliptik münaqişənin başlanmasına təhrik edən amerikalı siyasətçilərdən soruşmaq lazımdır”.
Alpər
Şərhlər