Dünya 13:37 24.03.2023

ABŞ Putinin strateji məğlubiyyəti üçün Ukraynanı dəstəkləyəcək - Blinken

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Birləşmiş Ştatlar gələn il "prezident Putinin müharibəsinin strateji məğlubiyyətlə başa çatmasını təmin etmək üçün” Ukraynaya dəstəyini davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "France24" ABŞ Dövlət Departamentinin saytına istinadla məlumat yayıb.

"ABŞ büdcəsi prezident Putinin müharibəsinin strateji məğlubiyyətlə başa çatmasını təmin etmək üçün Ukraynaya təhlükəsizlik, iqtisadi, enerji və humanitar dəstəyimizi davam etdirəcək,- o deyib. - Düşünürəm ki, Ukraynada ukraynalıların uğrunda mübarizə aparacaqları ərazilər var. Lakin elə ərazilər var ki, onları başqa yollarla geri almağa qərar verəcəklər.

"Bizim istəmədiyimiz odur ki, bu, ruslara yenidən işə başlamağa, silahlanmağa və sonra yenidən hücuma keçməyə imkan verməyəəcək şəkildə həll olunsun”.

Qeyd edək ki, cümə axşamı günü Blinken Ukraynanın gələcək sərhədlərinin müəyyən edilməsində diplomatiyanın rolunu önə çəkib və hər hansı sülh yolunun Kiyev tərəfindən qəbul edilməli olduğunu təkrarlayıb.

ABŞ dövlət katibi dəfələrlə müharibəyə diplomatiya yolu ilə son qoyulmalı olduğunu deyib, lakin danışıqların yaxın perspektivlərini təkzib edib, çünki o, hesab edir ki, Rusiyanın bu əhval-ruhiyyəsi yoxdur və bunula da diqqətin Ukrayna hərbçilərinin Rusiyanın hücumlarını dəf etməsinə kömək istiqamətində yönəldilməsini uyğun bilib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın 2024-cü il büdcəsi təhlükəsizlik, enerji və humanitar sahələrdə Ukraynaya dəstəyi davam etdirmək üçün nəzərdə tutulub.

Alpər