Dünya 15:24 10.06.2023

ABŞ Rusiyanın Belarusda yerləşdirdiyi silahlara görə nüvə müharibəsi təhlükəsi görmür

ABŞ Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi səbəbindən nüvə müharibəsi təhlükəsi əlamətləri görmür. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalına müsahibəsində bildirib.

"Biz Ukraynada və ya qitədə nüvə silahının hərəkətinin və ya qaçılmaz nüvə müharibəsi riskinin göstəricisi ola biləcək heç bir şey görmürük”, - o vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, Vaşinqton "strateji qüvvələrin qarşısının alınması ilə bağlı öz mövqeyini dəyişməyə məcbur edəcək heç nə görmür”.

Xatırladaq ki, mart ayında Rusiya prezidenti Vladimir Putin Belarusda Rusiya taktiki nüvə silahlarının yerləşdirildiyini bəyan edib. Eyni zamanda o vurğulayıb ki, Rusiya Belarusa nüvə silahının nəzarətini verməyəcək, sadəcə olaraq, onu ölkə ərazisində yerləşdirəcək.

Alpər