Dünya 11:48 03.02.2023

ABŞ senatorları Baydeni bu vaxta qədər Türkiyəyə F-16 satmamağa çağırdı

ABŞ senatorlarından ibarət ikipartiyalı bir qrup prezident Co Baydeni Türkiyəyə F-16 qırıcılarının satışını İsveç və Finlandiya NATO-ya daxil olana qədər təxirə salmağa çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bu çağırış Konqresdəki mənbələrin Bayden administrasiyasının millət vəkillərindən Türkiyəyə F-16 satışını təsdiqləmələrini istəməyə hazırlaşdığını söylədikdən sonra edilib.

Senatorlar hesab edirlər ki, Konqres "bu ölkə üzvlük protokollarının ratifikasiyasını başa çatdırana qədər Türkiyəyə gələcək dəstəyi nəzərdən keçirə bilməz”.
"Protokolların ratifikasiya edilməməsi və ya ratifikasiya üçün vaxt cədvəlinin təqdim edilməməsi Rusiyanın Ukraynaya səbəbsiz işğalını davam etdirdiyi bir vaxtda tarixin mühüm məqamında alyansın birliyinə təhlükə yaradır”, - senatorlar bildiriblər.

Nizami Bağırov