Dünya 12:30 28.11.2022

ABŞ Ukraynaya görə Tayvana silah tədarükündə problemlər yaşayır

Ukrayna müharibəsi fonunda ABŞ-ın Tayvana silah tədarükü əhəmiyyətli dərəcədə azalıb, bu da Vaşinqtonda narahatlıq doğurur.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” ABŞ Konqresi və hökumətindəki mənbələrə istinadən yazır

Vaşinqton hazırda planlaşdırılan tədarüklərdən 18,7 milyard dollar geri qalır. Hələ 2021-ci ilin dekabrında geriləmə 14 milyard dollar həcmində qiymətləndirilirdi. Digər avadanlıqlarla yanaşı, ABŞ Tayvanı 2015-ci ildə sifariş edilmiş 208 ədəd "Javelin” tank əleyhinə raket və 215 ədəd "Stinger” raketi ilə təmin etməyib. Həmçinin, Paladin özüyeriyən silahlar üçün gecikmələr gözlənilir.

ABŞ-Çin İqtisadiyyat və Təhlükəsizliyə Nəzarət Komissiyasının bəyanatında deyilir ki, çatışmazlığın səbəbi "mövcud silah və sursat ehtiyatlarının Ukraynaya yönləndirilməsi və pandemiya ilə əlaqədar tədarük zəncirlərində problemlər” olub.
Mənbələrin bildirdiyinə görə, Vaşinqtonun Ukraynaya ötürdüyü silahların sayı hazırda ABŞ-ın Tayvanı silahlandırmaq strategiyasının uzunmüddətli tələblərinə cavab vermir. Pentaqonun sözçüsü Sabrina Sinqh əmin edib ki, Vaşinqton həm Ukrayna, həm də Tayvanın özlərini müdafiə etməsi üçün çalışır.
Eyni zamanda, may ayında Pentaqon bəyan etmişdi ki, Kiyevə hərbi yardım Tayvana silah tədarükünə təsir etməyəcək. Müdafiə mazirliyinin izahına görə, Ukraynanın silahlanması ABŞ-ın ehtiyatları hesabına həyata keçirilir, Tayvan isə yeni silahlar göndərir.

2023-cü ilin əvvəlinə qədər ABŞ Konqresinin üzvləri Ukraynaya 50 milyard dollarlıq yeni hərbi yardım paketinin ayrılmasını təsdiqləməyə hazırlaşır. Respublikaçı senatorlardan birinin izah etdiyi kimi, bu, "Ukraynanın gələn il ayaqda dura biləcəyinə əmin olmaq” üçün lazımdır. Ümumilikdə, NBC kanalının məlumatına görə, Rusiya işğalı başlayandan bəri ABŞ Konqresi Kiyevə 65 milyard dollar yardım ayırıb.

Bununla belə, noyabrın 18-də Nümayəndələr Palatasından olan respublikaçılar ayrılan vəsaitin yoxlanılması üçün qanun layihəsi təqdim ediblər. Eyni zamanda Tayvanda ABŞ-la əməkdaşlığa arxalanan hakim Demokratik Tərəqqi Partiyası yerli seçkilərdə məğlub olub. Yerli hakimiyyət Çinlə yaxınlaşmanı dəstəkləyən müxalif Homindan partiyasına keçib.

Oktyabrın sonunda ABŞ hərbi dəniz əməliyyatlarının komandanı admiral Maykl Gildey Çinin bu ilin sonuna qədər Tayvanı işğalına hazırlaşmağa çağırıb. Çin lideri Si Cinpin Çin Kommunist Partiyasının 20-ci Qurultayında "Tayvan məsələsini” həll etmək planlarını açıqlayıb. "Heç bir halda güc tətbiqindən imtina edəcəyimizə söz verməyəcəyik və bütün lazımi tədbirləri görmək imkanını özümüzdə saxlayacağıq", - Si Szinpin deyib.

Nizami Bağırov