ABŞ-ın cənub ştatlarında 30 tornado meydana gəlməsi nəticəsində iki nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Telekanalın məlumatına görə, hər iki qurban Alabama ştatının mərkəzində saatda 115 mil sürətlə əsən tornadoya məruz
qalıb.
Ümumilikdə ən azı 30 tornado Missisipi, Luiziana və Alabama ştatlarından keçib. Təbiət hadisələri çərşənbə günü səhər saatlarına düşüb.
Kanal qeyd edir ki, Missisipi ştatının bir neçə bölgəsində binalara ziyan dəyib, Texas və Kentukki ştatlarına isə "qolf topları” ölçüsündə dolu düşüb. Telekanalın məlumatına görə, Alabama, Corciya və Florida ştatlarında hava şəraitinin daha da pisləşməsi gözlənilir.
Alpər
Şərhlər