Bu həftədən etibarən AccessBank-ın sadalanan filialları artıq şənbə günləri də müştərilərə xidmət göstərəcək. Belə ki, Bankın:
Nərimanov – Təbriz küçəsi 94
Azadlıq - Azadlıq pr., 97
Binəqədi - Ş.Məmmədova küç., 91
ünvanlarında yerləşən filialları şənbə günləri 10.00-16.00 saatlarında fəaliyyət göstərəcək.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (
Facebook,
Instagram,
LinkedIn) hesablarına daxil olmaq olar.
Şərhlər