Ekonomiks 18:24 14.01.2023

"Açıq mikrofon" bu rayonlarda baş tutacaq

"Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir.

Qaynarinfo xəbər verir ki, növbəti həftə daha 3 rayonda vətəndaşlarla "Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya 16 yanvar saat 11:00-dan 12:00-dək Lerik rayonu Mədəniyyət Mərkəzində, 17 yanvar saat 13:00-dan 14:00-dək Astara rayonu Mədəniyyət Mərkəzində, 19 yanvar saat 11:00-dan 12:00-dək Cəlilabad rayon Heydər Əliyev Yaradıcılıq Mərkəzində baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.