Siyasət 10:30 02.08.2023

Adil Qeybulla: "Əlövsət Talışxanlının təşkilatında təmsil olunmuram”

"Milli Düşüncə və İnkşaf" İctimai Birliyindən xəbərim yoxdur və mən həmin təşkilatda təmsil olunmuram”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla ADR-dən istefa verən bir qrup ictimai xadimin yaratdığı təşkilatdan danışarkən deyib. 

Adil Qeybulla "Milli Düşüncə və İnkşaf" İctimai Birliyində təmsil olunmadığını bəyan edib: 

"Gələcəkdə nələr baş verəcəksə, onunla bağlı mən öz fikirimi və rəyimi bildirəcəyəm”. 

Qeyd edək ki, Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasından istefa verən Əlövsət Talışxanlı "Milli Düşüncə və İnkşaf" İctimai Birliyi adlı yeni təşkilat yaradıb. 

Bahar Rüstəmli