Ekonomiks 18:56 07.12.2023

"AFB Bank"ın sabiq filial müdiri keçmiş iş yerini məhkəməyə verdi

"AFB Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, bank rəhbərliyini məhkəməyə Həsənov Nail Fariz oğlu verib.

Bankın keçmiş əməkdaşı məhkəmədə "AFB Bank" rəhbərliyi barəsində "Əmək mübahisələri - İşə bərpa, Əmək haqqı tələbi” iddiasını qaldırıb. 

İşə Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, bank barəsində məhkəməyə şikayət edən Nail Həsənov "AFB Bank” ASC-nin Mərkəz filialının müdiri vəzifəsində çalışıb.

Əhməd