İdman 23:47 16.12.2023

AFFA Azərbaycan millisinə əcnəbi məşqçi gətirəcək

Azərbaycan millisinin yeni baş məşqçisi yerli mütəxəssis olmayacaq.

Sportal.az-ın məlumatına görə, AFFA yığma komandanın baş məşqçi postuna azərbaycanlı məşqçini gətirmək variantından imtina edib. 

Belə ki, qurum A millini Qurban Qurbanova tapşırmaq istəyib. Bu istəkləri baş tutmadıqdan sonra federasiya milliyə əcnəbi mütəxəssisi gətirmək qərarını verib.