İdman 14:25 29.11.2023

AFFA bu klubun prezidentini cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə iclasda Birinci Liqanın doqquzuncu turunda yol verilən qayda pozuntuları ilə əlaqədar, aşağıdakı qərarlar qəbul olunub.

"İrəvan” – "Difai Ağsu” oyununun 87-ci dəqiqəsində "Difai Ağsu” klubunun 2 nömrəli futbolçusu Seymur Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Difai Ağsu” komandası 50 manat cərimə edilir (maddə 36.5);

"İrəvan” – "Difai Ağsu” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "İrəvan” klubu 100 manat cərimə edilir (maddə 72.4);

"İrəvan” – "Difai Ağsu” oyunu bitdikdən sonra "İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev akkreditasiya vəsiqəsi olmadan meydançaya, dəhlizə daxil olduğuna görə 1 oyun cəzalanır, "İrəvan” klubu 50 manat cərimə edilir (maddə 51.8);

"İrəvan” – "Difai Ağsu” görüşündə oyun günü planı pozulduğuna görə "İrəvan” klubu 100 manat cərimə edilir (maddə 77.1);

"Araz Saatlı” – MOİK oyununun 81-ci dəqiqəsində "Araz Saatlı” klubunun 12 nömrəli futbolçusu Məhəmməd Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 36.5);

"Araz Saatlı” – MOİK oyununun 87-ci dəqiqəsində "Araz Saatlı” klubunun 7 nömrəli futbolçusu Oqtay Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 36.5);

"Araz Saatlı” – MOİK oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilir (maddə 37);

"Mingəçevir” – "Zaqatala” oyununda "Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);

"İmişli” – "Qaradağ Lökbatan” görüşünün oyunöncəsi iclası 20 dəqiqə gec başladığına görə "İmişli” klubu 80 manat cərimə edilir (maddə 73.1);

"İmişli” – "Qaradağ Lökbatan” görüşündə PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə "İmişli” klubu 50 manat cərimə edilir (maddə 70);

"İmişli” – "Qaradağ Lökbatan” oyunundan əvvəl "İmişli” klubunun meneceri İlkin Əhmədov matçın rəsmi şəxsinə sözlə təzyiq etdiyinə görə 2 oyun cəzalanır, "İmişli” klubu 100 manat cərimə edilir (maddə 44.5);

Səbuhi Həsənov