İdman 17:47 16.02.2024

AFFA-dan “Araz-Naxçıvan”ın məşqçisinə ikioyunluq cəza

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində baş tutmuş matçlarla bağlı aşağıdakı qərarlar çıxarılıb.

"Kəpəz” – "Səbail” oyununda "Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə "Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

"Kəpəz” – "Səbail” oyununun fasiləsində "Kəpəz” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci "sarı”dan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 42.2);
 
"Kəpəz” – "Səbail” oyununda "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
 
"Araz-Naxçıvan” – "Neftçi” oyununun fasiləsində "Araz-Naxçıvan” klubunun məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "Araz-Naxçıvan” klubu 1500 manat cərimə edilir (maddə 42.3);
 
"Araz-Naxçıvan” – "Neftçi” oyununda "Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə "Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
 
"Araz-Naxçıvan” – "Neftçi” oyununun 90+3-cü dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

Səbuhi Həsənov