İdman 15:00 27.04.2023

AFFA İntizam Komitəsinin qərarları

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Qaynarinfo-nun məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən matçlarda qayda pozanlarla bağlı aşağıdakı qərarlar çıxarılıb. 

"Qarabağ” – "Zirə” oyununda "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 39);

"Qarabağ” – "Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

"Qarabağ” – "Zirə” oyunu bitdikdən sonra "Zirə” klubunun "A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə "Zirə” klubu 800 manat cərimə edilir (maddə 49.6);

"Qarabağ” – "Zirə” oyununda "Zirə” klubu İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə "Zirə” klubu 2000 manat cərimə edilir;

"Səbail” – "Neftçi” oyununda "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Səbail” klubu 800 manat cərimə edilir (maddə 39);

"Sumqayıt” – "Qəbələ” oyununa Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə "Sumqayıt” klubu 400 manat cərimə edilir (maddə 62.2);

"Sumqayıt” – "Qəbələ” oyununda meydançaya kənar əşyaların atılması görə "Sumqayıt” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

"Sumqayıt” – "Qəbələ” oyununda "Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 39);

Səbuhi Həsənov