İdman 16:02 19.05.2023

AFFA qərara etiraz edən məşqçiyə niyə 5 oyunluq cəza verib?

AFFA-nın İntizam Komitəsinin son iclasında çıxarılan qərarlardan biri "Neftçi”nin U-17 komandasının baş məşqçisi Elşən Məmmədovla bağlı oldu. Mayın 13-də "Kəpəz”lə oyunun 39-cu dəqiqəsində hakimin qərarına etiraz edən və ikinci sarı vərəqədən "qırmızı” görən Məmmədov haqqında 5 oyunluq cəza qərarı çıxarıldı.
 
Maraqlıdır, hakimin qərarına etiraza görə 5 oyunluq cəza? Hər halda çox ağırdır və yalnız o halda mümkün ola bilər ki, məşqçi kimisə təhqir etsin, fiziki təzyiq göstərsin, itələsin, vursun və sair. Ancaq sırf qərardan etiraza görə qırmızı vərəqə ilə cəzalandırılan məşqçiyə 5 oyunluq cəza verilməsi absurd görünür. Təbii ki, məsələ ilə bağlı klubun mövqeyini öyrəndik. 

"Neftçi” PFK-nın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Qaynarinfo-ya açıqlaamsında bunun texniki səhv olduğunu bildirdi:

"Bu, səhvdir, ikinci sarıdan sonra 5 deyil, 1 oyunluq cəza verilir. AFFA-ya müraciət etdik, bildirdilər texniki səhv olub”.
 
 
Klub AFFA-ya müraciət edəndən sonra sözügedən səhv aradan qaldırılıb.

Səbuhi Həsənov