İdman 15:08 06.06.2023

AFFA "Səbail"i cərimələdi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Qaynarinfo-nun məlumatına görə, mövsümün sonuncu - 36-cı turu və kubokun finalına həsr olunmuş iclasda aşağıdakı qərarlar qəbul olunub. 

"Səbail” – "Şamaxı” oyununda "Səbail” klubunun futbolçusu Elmir Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, "Səbail” klubu 3200 manat cərimə edilir (maddə 37.3);

"Səbail” – "Şamaxı” oyununda "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Səbail” klubu 800 manat cərimə edilir (maddə 39);

"Səbail” – "Şamaxı” oyununda "Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 39);

"Səbail” – "Şamaxı” oyunu bitdikdən sonra "A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğuna görə "Səbail” klubu 800 manat cərimə edilir (maddə 49.6);
 
Səbuhi Həsənov