İdman 16:52 11.05.2023

AFFA üç klubu cərimələdi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə iclasda Premyer Liqanın 33-cü turunda yol verilən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

"Turan Tovuz” – "Neftçi” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 39);

"Turan Tovuz” – "Neftçi” oyununda "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Neftçi” klubu 800 manat cərimə edilir (maddə 39);

"Qarabağ” – "Qəbələ” oyunu başa çatdıqndan sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

Səbuhi Həsənov