İdman 17:20 12.05.2023

AFFA "Xəzər Lənkəran"a texniki məğlubiyyət verdi (SƏBƏB)

AFFA-nın İntizam Komitəsi Region Liqasında çıxış edən "Xəzər Lənkəran 42" cəzalandırıb.

Qaynarinfo-nun məlumatına görə cəzaya səbəb komandanın heyətində başqa klubla peşəkar müqaviləsi davam edən futbolçunun oynadılması olub.

Belə ki, aprelin 30-da baş tutmuş "Marxal” (Şəki) – "Xəzər Lənkəran 42” oyununda qonaq  komandanın heyətində meydana çıxan Elvin Mirzəyevlə İlyas Səfərzadənin cari mövsüm peşəkar müqaviləsinin olması və əsasnamənin 5.3-cü maddəsinin tələblərinin pozulması ortaya çıxıb.

Bu səbəbdən "Xəzər Lənkəran 42”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Səbuhi Həsənov