Video 09:35 27.03.2023

Ağsunun Padar kəndində istismar müddəti başa çatan qaz xətləri yenilənir (VİDEO)

SOCAR "Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir. 

Ağsu rayonunun Padar kəndində istismar müddəti başa çatan qaz xətlərinin əvəzlənməsi işləri həyata keçirilir. Torpaqla təmasda olan korroziyaya uğrayan qaz xətləri dayaqlar üzərinə qaldırılır, qapı keçidləri quraşdırılır. 

Qaz xəttinin çəkilişi ilə paralel olaraq dayaqlar betonlanır və boya işləri də icra olunur. Yeni xətlərin çəkilişi yekunlaşdıqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq. 

Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.