Ekonomiks 12:29 16.01.2024

Şahin Bağırov onlara yüksək vəzifə verdi - Yeni təyinatlar

Dövlət Gömrük Komitəsində yeni yaradılan idarələrə rəislər təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, DGK-nın sədri Şahin Bağırov bununla bağlı müvafiq əmr imzalayıb.

DGK-nın Kibertəhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə gömrük xidməti mayoru Vəliyev Turqut Tehran oğlu;


Turqut Vəliyev 

DGK-nın Gömrük orqanlarının auditi şöbəsinin rəisi vəzifəsinə gömrük xidməti polkovnik-leytenantı Məmmədov Əlövsət Hacı oğlu;


Əlövsət Məmmədov

DGK-nın Statistika İdarəsinin rəisi vəzifəsinə gömrük xidməti polkovniki Babayev Cavid Əli Ağa oğlu; 


Cavid Babayev 

DGK-nın Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə gömrük xidməti polkovniki Aslanov İsmayıl Bahadir oğlu;

DGK-nın Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi vəzifəsinə Muradov Adil Fazil oğlu;

DGK-nın Audit İdarəsinin rəisi vəzifəsinə gömrük xidməti polkovniki İbrahimli Vüqar Səfər oğlu; 

DGK-nın Gömrük Riskləri İdarəsinin rəisi gömrük xidməti baş-leytenantı Usubov Yusif Şakir oğlu; 

DGK-nın Aparat rəhbərinin müavini Kənan Əsədov Elmar oğlu;

DGK sədrinin müşaviri vəzifəsinə Bayramov Anar Fazil oğlu təyin olunub. 

Aydın