Ekonomiks 12:06 16.01.2024

Şahin Bağırov rəisi işdən çıxardı, polkovnik-leytenanta yeni vəzifə verdi (FOTO)

Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi Əsgər Məmmədov vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə DGK-nın sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. 



Əsgər Məmmədov sədrin müşaviri təyin olunub. 

Şahin Bağırovun digər əmri ilə polkovnik-leytenant Məmmədov Elvin Əli oğlu katibliyinin rəisi təyin edilib. 

Aydın