Şahzadə Harri Tokioya səfəri zamanı Yaponiyada yaşayacağını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Post"
yazır.
Sasseks hersoqu Tokioda Beynəlxalq İdmanın Təşviqi Cəmiyyətinin (ISPS) sammitində çıxış edərək, yapon mədəniyyətinə sevgisini ifadə edib.
"Sizin istiqanlılığınız, şəfqətiniz, səxavətiniz, yapon mədəniyyətinin hər bir elementi həqiqətən unikaldır. Mən bunu dörd il əvvəl reqbi üzrə Dünya Kubokuna gələndə ilk səfərimdə hiss etdim. Məni qəbul etsəniz, burada yaşamaq istərdim", deyə Harri bildirib.
Şahzadə həmçinin yapon mətbəxini və Kobe steykini tərifləyib.
Eyni zamanda, Harri həyatının mühüm hissəsinin hələ də xeyriyyəçilik olduğunu deyib:
"Həyatımın çox hissəsini bir çox xeyriyyə təşkilatlarının fəaliyyətində iştirak etmişəm. Mümkün qədər çox insana kömək etməkdən böyük məmnunluq duyuram. Mənim həyatım xeyriyyəçilikdir, həmişə belə olub və bundan sonra da belə olacaq”.
Aydın
Şərhlər