Dünya 17:41 10.02.2023

Aİ-də nə qədər Rusiya aktivləri bloklanıb? - Hüquqşünaslar hesabat tələb edir

Avropa İttifaqının hüquqşünasları Aİ-nin Ukraynanı bərpa etmək üçün bu vəsaitlərdən istifadə etmək istəyi ilə əlaqədar olaraq üzv ölkələrin banklarından Rusiya Mərkəzi Bankının "dondurulmuş” aktivlərinin məbləği barədə ətraflı məlumat tələb etməyə başlamağı tövsiyə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg sənədə istinadən yazır.

Aİ-nin hüquq xidməti bildirib ki, ittifaqın qanunları "dondurulmuş” aktivləri yatırmağa və əldə edilən gəlirləri Kiyevə kömək etmək üçün istifadə etməyə icazə verəcək, lakin rəsmilər ilk növbədə Rusiya Bankının aktivlərinin və Rusiya Federasiyasının sanksiyalar altında olan digər dövlət aktivlərinin məbləği ilə məşğul olmalıdırlar. Bloomberg yazır ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, Aİ-də təxminən 258 milyard dollar aktiv bloklanıb. Eyni zamanda, agentlik qeyd edir ki, Aİ səlahiyyətliləri onların cəmi 36,4 milyard dollarını müəyyən edib.

Nizami Bağırov