Siyasət 16:07 20.02.2023

Aİ Ermənistanda vətəndaş missiyasının fəaliyyətə başladığını elan etdi

Avropa İttifaqı bazar ertəsi Ermənistanda mülki missiyanın fəaliyyətinə başlayıb. Missiya Azərbaycanla vəziyyətin nizamlanmasına töhfə verməyə çağırılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ Şurasının bəyanatında deyilir.

"Avropa İttifaqı bu gün ümumi təhlükəsizlik və müdafiə siyasətinin bir hissəsi kimi Ermənistanda Aİ-nin mülki missiyasına başlayır”, - Sənəddə bildirilir.

Xatırladaq ki, yanvarın 23-də Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistana iki illik mandatla göndəriləcək yeni mülki missiyanın formalaşdırılmasını təsdiqləyiblər.
 
Aİ-nin Ermənistandakı uzunmüddətli mülki missiyasına ekspertlər və avropalı müşahidəçilər də daxil olmaqla 100-ə yaxın adam daxildir. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.
 
Alpər