Siyasət 22:06 12.12.2022

Aİ İrana qarşı sanksiyaları genişləndirdi

Avropa İttifaqı (Aİ) İrana qarşı əlavə sanksiyalar tətbiq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat verilib.

Bildirilib ki, Aİ İranda insan hüquqlarının pozulması və bu ölkənin Ukrayna münaqişəsində Rusiyaya dəstək verməsi ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar tətbiq edib.

Məlumatda qeyd olunub ki, İrandan olan 1 hüquqi şəxs və 20 nəfər sanksiyalar siyahısına daxil edilib: "Aİ Şurası Rusiyaya pilotsuz uçuş aparatlarının istehsalı və tədarükü ilə bağlı 4 fiziki şəxsin və 4 şirkətin qara siyahıya salınması barədə qərar qəbul edib”.