Dünya 22:18 12.04.2023

Aİ Macarıstana xatırlatdı: Rusiyadan birtərəfli enerji asılılığı təhlükəlidir

Macarıstanın Rusiyadan əlavə qaz tədarükü ilə bağlı sazişin müddətinin uzadılması onun qərarıdır, lakin Brüssel artıq bir enerji təchizatçısından asılılığın təhlükələri barədə dərs alıb. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət sözçüsü Peter Stano bildirib.

Belə ki, o, Macarıstanın xarici işlər naziri Peter Siyartonun qaz tədarükünə dair sazişin müddətinin uzadılması üçün Moskvaya səfərini şərh edib.

Stano vurğulayıb ki, Aİ "bir üzv dövlətin ikitərəfli əməkdaşlığı ilə bağlı qərarını” şərh etməyəcək, lakin ittifaqın digər ölkələri bundan sui-istifadə etməkdən çəkinməyəcək bir təchizatçıdan birtərəfli asılılığa düşməyin milli təhlükəsizlik və maraqlar üçün nə qədər təhlükəli olmasıyla bağlı artıq dərs alıblar".

Xatırladaq ki, bazar ertəsi Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfər edib, orada baş nazirin müavini Aleksandr Novak və Rosatom korporasiyasının rəhbəri Aleksey Lixaçevlə görüşüb. Görüşdən sonra Siyarto bildirib ki, Macarıstan Rusiya ilə əlavə qaz tədarükü ilə bağlı müqavilənin müddətini uzadıb.

Alpər