Dünya 14:00 03.05.2022

Aksiyaçılar hökumət binasına çatdı: Koçaryanın oğlu sərbəst buraxıldı (YENİLƏNİB)

Polis Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanı sərbəst buraxıb.

Qaynarinfo xəbər verir ki, o, bu gün Nikol Paşinyan əleyhinə keçirilən aksiyada saxlanılaraq polis bölməsinə gətirilmişdi.

Bu arada İrəvanda aksiya keçirən müxalifət tərəfdarları hökumət binasına gəlib çatıblar. Polis əməkdaşları hökumət binasını dövrələyib.

İrəvanın mərkəzində etiraz aksiyalarında saxlanılanların sayı 117-yə çatıb.

"Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan yerli vaxtla 19:00-da "Fransa” meydanında mitinq keçiriləcəyini bəyan edib.
 
11.13

Ermənistanda etiraz aksiyaları davam edir.

Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, "Müqavimət” hərəkatının iştirakçıları yenidən İrəvanın mərkəzi Baqramyan prospektini bağlayıb.

Polis etirazçıların bir qrupunu yoldan uzaqlaşdırıb, bəzilərini isə saxlayıb. Saxlanılanlar arasında Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.

Aydın